Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandada 14 voleybolçu yer alıb.

Azərbaycan ilk oyununda bu gün Danimarka ilə üz-üzə gələcək. Görüş saat 18:00-da başlayacaq.

Baş məşqçi: Pərviz Səmədov
Məşqçilər: Mixail Solovyov, Akif Vəliyev
Oyunçular: Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev, Kənan Allahverdiyev