Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

 Offsideplus.az xəbər verir ki,o, qadın futbolçulardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda Sloveniya, Qazaxıstan, Bosniya və Herseqovina və Litva milli komandaları mübarizə aparacaq.

Oyunlar may 11-dən 14-dək Litvada təşkil olunacaq.