Avro-2020-nin final matçında İngiltərəyə qalib gələn İtaliya millisinin futbolçusu Leonardo Bonuççi turnirin tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, final oyununda fərqlənərək hesabı bərabərləşdirən Bonuççi Avropa çempionatlarının finallarında qol vuran ən yaşlı futbolçu kimi tarixə düşüb. O, bu nailiyyətə 34 yaş 71 günlüyündə nail olub.