Avro-2020-nin final matçında İtaliya millisinə penaltilər seriyasında məğlub olan İngiltərə yığmasının çalışdırıcısı Qaret Sautqeyt oyundan sonra açıqlama verib.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis millidəki gələcəyi ilə bağlı sualı belə cavablandırıb:
"Hazırda millidəki gələcəyimlə bağlı düşünmək üçün düzgün vaxt deyil. İndi Avro-2020-dəki çıxışımızı dəyərləndirməliyəm, bir az da istirahətə ehtiyacım var. Bu turnir mənim üçün inanılmaz təcrübə oldu. Bu cür dəstək görmək möhtəşəm idi. Birlikdə olduğumuz 4 ildə inkişaf etdiyimizi görə bilirəm. Qətərdə keçiriləcək dünya çempionatında da bu komanda ilə iştirak etmək istəyirəm".
Sautqeytin millidəki gələcəyinə bu günlərdə qərar veriləcəyi bildirilir.