Avro-2020-nin final matçında İngiltərəyə qalib gələn İtaliya millisinin baş məşqçisi Roberto Mançini açıqlama verib.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis çempion olduqları oyunla bağlı təəssüratlarını paylaşıb:
"Komanda yaxşı oynadı və qələbəyə layiq oldu. İngiltərənin hesabı erkən açması oyunun ilk 15 dəqiqəsinə təsir göstərdi, amma sonra öz oyunumuzu tapdıq. Oyunun əsas vaxtında işi bitirməyə layiq idik. Çempion olduğumuz üçün çox xoşbəxtəm. Futbolçuların meydanda, azarkeşlərin tribunada zəfəri qeyd etdiklərini görmək çox təsirli idi. Nəticə əldə etmək üçün son üç ildə əlimizdən gələni etdik".