Bu gün Avropa Çempionatında final qarşılaşması baş tutub.

Offsideplus.az xəbər verir ki, final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya turnirin qalibi olub və tarixində ikinci dəfə Avropa çempionatını qazanıb.

İngiltərə isə tarixində ilk dəfə final görüşünə çıxıb.