UEFA-nın İntizam Komitəsi İngiltərə Futbol Assosiasiyasını cərimələyib.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Assosiasiyanın cərimələnməsinə səbəb Avro-2020-nin yarımfinal mərhələsi çərçivəsində keçirilən Danimarka millisi ilə oyunda (2:1) azarkeşlərin hərəkəti olub. Belə ki, həmin oyunda ingiltərəli azarkeşlər rəqib qapıçı Kasper Şmeyxelin üzünə lazer işığı salıblar. Bundan başqa, sözügedən oyunda azarkeşlər priotexniki vasitələrdən də istifadə ediblər. Buna görə, assosiasiya 30 min avro məbləğində cərimələnib.