Avro-2020-nin İtaliyaİngiltərə milliləri arasında keçiriləcək final matçının şərhçiləri məlum olub.

Offsideplus.az xəbər verir ki, “İctimai TV”də yayımlanacaq oyunun şərhçilərindən biri “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov olacaq. Finalçı yığmalara qarşı oynamış, Azərbaycan millisində ən çox oyun keçirmiş sabiq kapitan Rəşad Sadıqov finalı Tural Dadaşovla birgə şərh edəcək.