UEFA AVRO-2020-nin yarımfinalı üzrə baş tutan İngiltərə - Danimarka matçı barədə intizam işi açıb.
Offsideplus.az xəbər verir ki, Londondakı "Uembli" stadionuna toplaşmış ingilis azarkeşlərdən biri penalti epizodu zamanı tribunadan danimarkalı qapıçı Kasper Şmeyxelin üzünə lazer işığı salıb. Bundan əlavə, Danimarkanın dövlət himni səsləndirilərkən, pirotexnikadan istifadə olunub. Bu səbəbdən UEFA ingiltərəli azarkeşlərlə bağlı araşdırma başladıb.
Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan oyunun əlavə vaxtında İngiltərə millisi mübahisəli penalti qazanıb. Harri Keynin 11 metrlik cərimə zərbəsini Kasper Şmeyxel dəf etsə də, təkrar zərbə dəqiq olub.