“Roma” klubunun baş məşqçisi Joze Mourinyo Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilən İngiltərə - Danimarka oyunu (2:1) ilə bağlı açıqlama verib.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis müzakirələrə səbəb olan penalti epizoduna toxunub:
“Final möhtəşəm olacaq. İngiltərə oyunda daha yaxşı idi və layiqli qələbə qazandı. Komanda əla oyun göstərdi, amma məlum epizodda penalti olduğunu düşünmürəm. Avropa çempionatı kimi turnirin yarımfinal mərhələsində hakimin belə səhv etməsini anlaya bilmirəm. Futbol mütəxəssisi olaraq belə penalti qərarından razı deyiləm. İngiltərənin öz gücü hesabına qalib gələcəyini düşünürdüm”.