AVRO-2020-nin yarımfinalında Danimarkaya qarşı oyunda İngiltərənin qələbə qolu penalti zərbəsindən vurulub.

Offsideplus.az "Sportbible"ə istinadən xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt təyin olunub. 102-ci dəqiqədə Rahim Sterlinq cərimə meydançasında yerə yıxılıb. Qayda pozuntusu olmasa da, hakim Danimarka qapısına penalti zərbəsi təyin edib.  Bundan əlavə, Sterlinqin irəlilədiyi zaman meydanda ikinci topun olması da diqqət çəkib. İkinci top oyuna müdaxilə etməsə də, sosial şəbəkələrdə azarkeşlər penalti qərarını sərt tənqid edib. 

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger də açıqlamasında penalti qərarının səhv olduğunu bildirib.

Harri Keyn 104-cü dəqiqədə 11 metrlik zərbəni düzgün yerinə yetirib və İngiltərə adını finala yazdırıb: 2:1.

Qalmaqala səbəb olan görüntüləri təqdim edirik:

 

 

E5uToVkXsAA3X9j