AVRO-2020-nin 1/4 finlı üzrə dünən baş tutan Ukrayna - İngiltərə matçı (0:4) maraqlı hadisə ilə yadda qalıb.
Offsideplus.az "Sportbible"ə istinadən xəbər verir ki, oyunun hakimi Feliks Brix Ukrayna millisinin üzvü Roman Yaremçukun su içdiyi şüşədən istifadə edib. Alman referinin bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Pandemiyanın hökm sürdüyü dönəmdə eyni şüşədən su içməyin koronavirus protokollarına qarşı olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik:
No chance did I just see the referee share a bottle with a Ukraine player……….?? #EURO2020 pic.twitter.com/6e39aQ4MUJ
— Nα†h? (@NCaesar98) July 3, 2021