İspaniya yığmasının futbolçusu Pablo Sarabiya Avro-2020-nin yarımfinalında İtaliya ilə matçı buraxa bilər.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 1/4 finalda İsveçrə ilə matçın (1:1, penaltilər seriyası - 3:1) ilk hissəsində zədələnib. Zədə səbəbindən futbolçunun İtaliya ilə görüşdə meydanda olmama ehtimalı bildirilib.
Qeyd edək ki, iyulun 6-da "Uembli" stadionunda keçiriləcək İspaniya - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.