"Roma"nın baş məşqçisi Joze Mourinyo Fransa millisinin AVRO-2020-dəki məğlubiyyətindən danışıb.

Offsideplus.az "Talksport" istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Fransanın İsveçrəyə uduzması barədə açıqlama verib. 

"Kərim Benzemaya görə Fransanın məğlubiyyətinə məyus oluram. Nə Kriştiano Ronaldo, nə Leo Messi, nə də Mbappe var... Məncə, Fransa qalib gəlsəydi, Benzemanın "Qızıl Top" kimi fərdi titul qazanmaq şansı olardı. Böyük təzyiq altında çox yaxşı oynadı, o, möhtəşəm oyunçudur".