Avropa çempionatının 1/4 finalı üzrə baş tutan İsveçrə - İspaniya matçının ən yaxşı oyunçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, ispaniyalı qolkiper Unay Simon oyunun ən yaxşısı seçilib. "Atletik Bilbao"nun 25 yaşlı qapıçısı penaltilər seriyasında rəqibin iki zərbəsini seyv edib.
Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşandan sonra, penaltilər seriyasında İspaniya millisi 3:1 hesabı ilə qalib gəlib.