Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, bu gün 2 qarşılaşma keçirilib.
Günün ilk matçı İspaniya və İsveçrə yığmaları arasında baş tutub. Rusiyanın Sankt-Peterburq şəhərində oynanılan matç saat 20:00-da start götürüb. Matçın əsas hissəsi 1:1 hesabı ilə bitincə, əlavə vaxt təyin olunub. Əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün oyun penaltilər seriyasına qədər uzanıb və ispanlar 3:1 hesabı ilə qalib gəlib.
Saat 23:00-da isə Almaniyanın Münhen şəhərində Belçika - İtaliya görüşü keçirilib. İtaliya rəqibinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
İspaniya və İtaliya milliləri yarımfinalda üz-üzə gələcək.