Avropa çempionatının 1/4 final mərhələsi üzrə Bakıda keçiriləcək Çexiya - Danimarka oyununu idarə edəcək hakim bəlli olub.
Offsideplus.az xəbər verir ki, iyulun 3-ü Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma niderlandlı Byörn Kuypersə tapşırılıb. Ona Sander van Roekel və Ervin Zeinstra kömək edəcək. Dördüncü hakim funksiyasını Sergey Karasev (Rusiya) yerinə yetirəcək.
Qeyd edək ki, Çexiya - Danimarka matçı saat 20:00-da başlayacaq.