Avro-2020-nin 1/8 final mərhələsi üzrə baş tutan Fransa - İsveçrə matçında (əsas vaxt 3:3, penaltilər seriyası 4-5) fransalı futbolçuların ailələri arasında problem yaranıb.

Offsideplus.az "RMC Sport”a istinadən xəbər verir ki, Adriyen Rabyonun anası Veronik Rabyo, Pol Poqba və Kilian Mbappenin ailələri arasında mübahisə yaranıb.

Mbappe həlledici penaltini qaçırdıqdan sonra, Veronik Rabyo Poqba və Mbappenin ailələrinə yaxınılaşaraq futbolçuları tənqid edib. Belə ki, o, İsveçrənin 3-cü qolunun vurulmasında Poqbanın səhvini dilə gətirib, Mbappenin atasına isə oğluna daha az təkəbbürlü olmağı öyrətməsini deyib.

Qeyd edək ki, meydanda da buna oxşar vəziyyət baş verib. İsveçrənin 90-cı dəqiqədəki bərabərlik qolundan sonra Poqbanın topu saxlaya bilməməsinə Adrien Rabyo sərt reaksiya göstərib.

download