AVRO-2020-nin 1/8 final mərhələsinin son qarşılaşması İsveç və Ukrayna yığmaları arasında olub.
Offsideplus.az xəbər verir ki, Ukrayna millisi rəqib üzərində 2:1 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb. Komanda növbəti mərhələdə İngiltərə ilə üz-üzə gələcək.
Oyunun icmalını təqdim edirik:
İsveç - Ukrayna - 1:2 (Forsberq, 43. - Zinçenko, 27. Dovbik, 120+1.)