AVRO-2020-nin 1/8 final mərhələsinin son qarşılaşması İsveç və Ukrayna yığmaları arasında olub.

Offsideplus.az xəbər verir ki, Ukrayna millisi rəqib üzərində 2:1 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb. Komanda növbəti mərhələdə İngiltərə ilə üz-üzə gələcək.

Oyunun icmalını təqdim edirik:

İsveç - Ukrayna - 1:2 (Forsberq, 43. -  Zinçenko, 27. Dovbik, 120+1.)