AVRO-2020-nin 1/8 finalında Fransa İsveçrə millisi ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, əsas vaxtı 3:3 hesabı ilə yekunlaşandan sonra gərgin matçın əlavə vaxtında da qol olmayıb. Beləliklə, qalib penaltilərlə müəyyənləşib. İsveçrə millisi burada daha dəqiq olaraq (5:4) qalib gəlib. Fransızlarda Kilian Mbappe son penalti zərbəsində qapıçı Yan Zommerə uduzub.
Tarixində ilk dəfə Avropa çempionatının 1/4 finalına yüksələn İsveçrə milllisi iyulun 2-də İspaniya yığması ilə üz-üzə gələcək.
Oyunun icmalını təqdim edirik:
Fransa - İsveçrə 3:3 (Penaltilər - 4:5)
Qollar: Benzema, 57, 59. Poqba, 75. Seferoviç, 15, 81. Qavranoviç, 90.