Avro-2020-də maraqlı statistik göstərici yaranlb.
Offsideplus.az xəbər verir ki, Xorvatiya - İspaniya oyununun 20-ci dəqiqəsində ikincilərin qapıçısı Unay Simon topu öz qapısından keçirib. Bu, hazırda davam edən Avropa çempionatında 9-cu avtoqol kimi tarixə düşüb.
İşin maraqlı tərəfi ondan ibarətdir ki, indiyə qədər Avropa çempionatlarında yalnız bir futbolçu eyni turnirdə bu sayda qol vura bilib. 1984-cü ildə Mişel Platini vətəni Fransada keçirilən qitə birinciliyində rəqib qapılarından 9 qol keçirmişdi.
Avro-2020-nin davam etdiyini nəzərə alsaq, avtoqolların sayının bombardirin qol sayından çox olacağını deyə bilərik.