Avropa çempionatının 1/8 final mərhələsində baş tutan Portuqaliya - Belçika (0:1) matçından sonra Kriştiano Ronaldonun Tibo Kurtuaya dediyi sözlər müəyyənləşib. 

 Offsideplus.az AVRO-2020-nin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu final fitindən sonra belçikalı qolkiperlə görüşüb. Ronaldo ona bu sözləri deyib:

"Şanslı idin. Top bu gün qapıdan keçmək istəmirdi. Uğurlar!".