Eden Hazard dünən baş tutan Portuqaliya - Belçika matçında (0:1) sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu oyunun 85-ci dəqiqəsində zədələnib və meydanı tərk edib. Onun  bud əzələsindən xəsarət aldığı bildirilir. Hazard zədəsi barədə jurnalistlərə açıqlama verib:

"Zədələndim, bud əzələmdə kiçir ağrı hiss edirəm. Bu gün son durumum aydınlaşacaq. Kapitan kimi komanda ilə qalacam".

Qeyd edək ki, Hazard 1/4 finalda İtaliya ilə oyuna qədər sağalmasa, onu Yannik Karrasko əvəzləyəcək.