Futbol üzrə Avropa çempionatında 1/8 finalın oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub. Günün ilk matçı Xorvatiya İspaniya yığmaları arasında saat 20:00-da olub. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. İspaniya millisi əlavə olunmuş 30 dəqiqədə 2 qol vuraraq növbəti mərhələyə adını yazdırıb.

Digər oyunda isə Fransa millisi İsveçrə komandası ilə üz-üzə gəlib. . Bu oyunun da əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Dramatik matçın əlavə vaxtında da qol olmayınca qalib penaltilərlə müəyyənləşib. İsveçrə millisi burada daha dəqiq olaraq (5:4) qalib gəlib. Fransızlarda Kilian Mbappe son penalti zərbəsində qapıçı Yan Zommerə uduzub.