Portuqaliya yığmasıın futbolçuları Nelson Semedu və Danilu Pereyra zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, onlar artıq məşqlərə başlayıblar. Sözügedən futbolçuların sabah Avro-2020-nin 1/8 finalında Belçika ilə matçda iştirak edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Portuqaliya - Belçika görüşü 23:00-da başlayacaq.