Fransa millisinin müsəlman futbolçusu Pol Poqbanın pivə şüşəsini stolun üzərindən götürməsi barədə UEFA qərar verib.
Offsideplus.az xəbər verir ki, ali futbol qurumu bundan sonra müsəlman futbolçuların önünə spirtli içkilər yerləşdirməyəcək. UEFA futbolçulara bu şüşələrə toxunmağı qadağan etsə də, dini inanclara hörmət olaraq, alkoqol butulkalarını yığışdırıb.
Portuqaliya - Fransa (2:2) matçından sonra baş tutan mətbuat konfransı zamanı Kərim Benzemanın önündə "Heineken" şüşələrinin olmaması diqqət çəkib.
Qeyd edək ki, AVRO-2020-nin F qrupunda Fransa millisinin Almaniyanı məğlub etdiyi oyundan (1:0) sonra mətbuat konfransı zamanı Pol Poqba "Heineken" pivə şüşəsini stolun üzərindən götürmüşdü. Ondan öncə isə Kriştiano Ronaldo "Coca Cola"nı önündən yığışdırmışdı.