Fransa yığması iki ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, yığmanın müdafiəçiləri Luka Din və Lukas Hernandes sıradan çıxıb.
Həmin futbolçuların AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində İsveçrəyə qarşı keçiriləcək oyunda iştirakı hələ məlum deyil.
Qeyd edək ki, Fransa – İsveçrə matçı iyunun 28-də keçiriləcək.