Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda keçirilən İsveç - Polşa matçının (3:2) ən yaxşı oyunçusununun adı məlum olub.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveç millisinin üzvü Emil Forsberq görüşün ən yaxşısı seçilib.
Qeyd edək ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi sözügedən matçda dubla imza atıb.