Avro-2020-nin qrup mərhələsinin 3-cü turu çərçivəsində Almaniya millisi Macarıstanla görüşə itkilərlə çıxacaq.

Offsideplus.az UEFA-nın saytına istinadla xəbər verir ki, Tomas MüllerLukas Klostermannın axşamkı matçda iştirakı inandırıcı deyil. Hər iki futbolçu yığmanın dünənki hazırlığında iştirak etməyib. Daha doğrusu, fərdi məşqlə yadda qalıblar. 

Qeyd edək ki, Almaniya-Macarıstan matçı bu gün axşam 23.00-da başlayacaq.