Almaniya çempionatı üzrə Portuqaliya - Almaniya (2:4) matçında Toni KroosKriştiano Ronaldonun meydançada gizli söhbət etdiyi hamının diqqətini çəkmişdi.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı almaniyalı yarımmüdafiəçi aralarında keçən söhbətin məzmununu açıqlayıb. 

"Onunla 4 mövsüm birgə oynadım", - deyə Kroos "Einfach mal Luppen" verilişinə danışıb.

"Paltardəyişmə otağında qonşu idik, təbii ki, onu gördüyümə çox şad idim. Bir az oyun barədə və qarşıdan gələn matçlar haqda danışdıq. Ona uğurlar arzuladım və İtaliyada işlərinin necə getdiyini soruşdum". 

Kroos "Real"da komanda yoldaşı olduğu Pepe barədə də açıqlamalar verib: "Pepe möhtəşəm insandır, bəzən meydanda çox vəhşi ola bilir".