Şimali Makedoniya yığma komandasının 37 yaşlı veteran kapitanı Qoran Pandev bu gün milli karyerasına son qoyacaq.
Offsidepkus.az xəbər verir ki, bu barədə təcrübəli hücumçu özü açıqlayıb. O, Niderlandla matçda son dəfə millinin formasını geyinəcəyini bildirib:
“Milli ilə son oyunum olacaq. Düşünürəm ki, yığma ilə vidalaşmaq üçün ən uyğun vaxtdır. Bu komandaya Dünya çempionatına vəsiqə qazanmağı arzulayıram. Belə bir möhtəşəm turnirdə iştirak etdiyim üçün xoşbəxtəm. Təkcə mənim deyil, hər kəsin xəyalı gerçəkləşdi”.
Qeyd edək ki, Pandev AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Avstriyaya qarşı keçirdikləri oyunda (1:3) qol vuraraq, Avropa çempionatları tarixində fərqlənən ikinci ən yaşlı futbolçu olmuşdu.