Türkiyə millisi İsveçrə ilə dünənki oyundan əvvəl Bakıda xoşagəlməz olayla üzləşib.
Offsideplus.az xəbər verir ki, naməlum şəxslər qardaş ölkənin millisinin məskunlaşdığı "Fairmont" otelinin qarşısında dayanan avtobusun pəncərəsinə üzərində baş məşqçi Şenol Günəşə mesaj sözləri olan kağız parçası yapışdırıb. Kağızda "Fənərbağça" düşməni Şenol Günəş" sözləri yazılıb.
Qeyd edək ki, Günəş Avro-2020 üçün planladığı heyətə "Fənərbağça"dan 3 futbolçunun adını daxil etmişdi.