Avro-2020 ilə xal toplamadan və yalnız 1 qol vuraraq vidalaşan Türkiyə millisinin dünənki matçından əvvəl düşərgədə xoşagəlməz hal yaşanıb.
Offsideplus.az "CNN Türk"ə istinadla xəbər verir ki, İsveçrə ilə oyunöncəsi məşqdə Halil Dərvişoğlu ilə Enes Ünal arasındakı söz atışması çox keçmədən əlbəyaxa davaya çevrilib. Yaxınlıqdakı futbolçuların müdaxiləsi nəticəsində münaqişənin qarşısı alınıb.
Hadisəyə yaxın olan baş məşqçi Şenol Günəş hər iki futbolçuya xəbərdarlıq edəndən sonra onları ehtiyat oyunçular skamyasında oturdub. Halbuki Halillə Enesi "11-lik" üçün planlayıbmış.