Türkiyəli FİFA referisi Cüneyt Çakır Avro-2020 oyunu üçün təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, qrup mərhələsinin üçüncü turunda iyuun 21-də baş tutacaq Ukrayna - Avstriya matçını idarə edəcək. Çakıra Bahaddin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını almaniyalı Daniel Sibert yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.