Avro-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka - Finlandiya matçında huşunu itirən danimarkalı futbolçu Kristian Eriksen əməliyyat edilib.
Offsideplus.az xəbər verir ki, futbolçunun ürəyindən uğurlu əməliyyat keçirdiyi bildirilib. 29 yaşlı hücumçuya kardioverter-defibrillyator (İCD) qoşulub.
Eriksen ömrünün sonuna kimi bu cihazla yaşamalı olacaq.