Avro-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka - Finlandiya matçında huşunu itirən danimarkalı futbolçu Kristian Eriksen əməliyyat edilib.

Offsideplus.az xəbər verir ki, futbolçunun ürəyindən uğurlu əməliyyat keçirdiyi bildirilib. 29 yaşlı hücumçuya kardioverter-defibrillyator (İCD) qoşulub.

Eriksen ömrünün sonuna kimi bu cihazla yaşamalı olacaq.