Avro-2020-də çıxış edən Türkiyə millisi ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Türkiyə - Uels (0:2) görüşündə zədələnərək yerini Mert Müldürə verən Umut Meraş qrupun sonuncu qarşılaşmasında forma geyinə bilməyəcək. Buna səbəb 25 yaşlı müdafiəçinin zədəsinin ciddi olmasıdır. İsveçrə ilə görüşdə onun mövqeyində Mert Müldürlə Rıdvan Yılmazdan birinin oynayacağı dəqiqdir.
Qeyd edək ki, Umut İtaliya və Uelslə görüşlərdə start heyətində meydana çıxmışdı.