Avro-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən Danimarka - Finlandiya görüşündə (0:1) huşunu itirən danimarkalı futbolçu Kristian Eriksenə nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün kardioverter-defibrillyator (İCD) qoyulacaq.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi həkimlərlə məsləhətləşdikdən sonra əməliyyata razılıq verib və ona kardioverter-defibrillyator qoşulacaq.
O, ömrünün sonuna kimi bu cihazla yaşamalı olacaq.