Avro-2020-nin ilk turundan sonra UEFA ən sürətli futbolçuların "5-liy"ini təqdim edib.
Offsideplus.az xəbər verir ki, statistik göstəricilər ilk turun yekunlarına əsasən hazırlanıb. Belə ki, İtaliya millisinin üzvü Leonardo Spinazzola ilk pillədə qərarlaşıb. Cinah müdafiəçinin rekord göstəricisi 33,8 km/saat olub. Uelsli Daniel Ceyms Leonardoya sürətdə az fərqlə uduzub - 33,5. "3-lüy"ü İngiltərə seçməsinin futbolçusu Rahim Sterlinq qapayıb. "Mançester Siti"linin maksimum sürəti 33,1 km/saat olub.
İsveçrəli Brel Embolo 32, 8, Covanni Di Lorentso 32,6 km/saatla qaçıb.
⚡ Who will have recorded the fastest speed by the end of #EURO2020? ?#EUROmobility | @volkswagen pic.twitter.com/vxK37ffg2n
— UEFA EURO 2020 (@EURO2020) June 16, 2021