Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib:
"İki oyundan sonra xalımız yoxdur. Yekun nəticədə iki matçdan 0 xalımız var. Bizim üçün yaxşı nəticə deyil. Turnirə böyük xəyallarla gəlmişdik. İki oyuna pis başladıq. Sonra özümüzü ələ aldıq və oyuna ortaq olduq. Ancaq gözləmədiyimiz qol komandaya mənfi təsir etdi. İkinci hissədə yaxşı oynasaq da, rəqib bizim meydana gəldi. Top itkilərimiz çox oldu. Rəqibə oynamaq şansı verdik və onlar təhlükə yaratdılar. Pis qollar buraxdıq. Pis oynadıq, amma yaxşı nəticə əldə edə bilərdik. Kaş qələbə qazana bilsəydik və ya heç-heçə etsəydik. Turnirdə ilk oyunda üç və indi iki qol buraxdıq. Uelsi məğlub edəcəyimizi düşünürdük. Digər matçlara baxmalıyıq, amma buraxdığımız 5 qol yaxşı olmadı. Vəziyyətimiz pisdir, çətin durumdayıq".
O, İtaliya ilə görüşdəki məğlubiyyətin bu qarşılaşmaya da təsir etdiyini bildirib:
"İtaliya matçının şoku bu oyunda da davam etdi. Avropa çempionatı önəmli idi. Daha yaxşı oynayaraq qrupdan çıxmalı idik. Uels böyük üstünlük əldə etdi. Qələbə qazanmağı düşünürkən heç-heçə də edə bilmədik. Son matçdan əvvəl qol fərqi digər komandalara müqayisədə pis görünür".