Bakı Olimpiya Stadionunda keçirilən Avro-2020-nin A qrupunun Türkiyə - Uels oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu, Uels yığmasının kapitanı Qaret Beyldir.

Qeyd edək ki, qarşılaşma Uelsin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beyl 61-ci dəqiqədə penaltini düzgün yerinə yetirə bilməyib.