Avro-2020-nin qrup mərhələsinin ikinci turunda bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels oyunu üçün heyətlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Türkiyə: Uğurcan Çakır, Zeki Çelik, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Cengiz Ünder, Kenan Karaman, Hakan Çalhanoğlu, Umut Meraş, Burak Yılmaz (k), Kaan Ayhan

Uels: Uord, Ben Devis, Rodon, Allen, Remzi, Beyl (k), Mur, Konnor Roberts, Morrell, Ceyms, Mepam

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.