Avro-2020-nin qrup mərhələsi çərçivəsində baş tutacaq Türkiyə-Uels görüşünə hədsiz maraq var.

İyunun 16-da Bakı Olimpiya stadionunda keçiriləcək oyuna 20 mindən çox bilet satılıb. Maraqlıdır ki, qardaş ölkənin matçına maraq göstərənlər təkcə sıravi futbol azarkeşləri deyil.

Məmurlar, iş adamlar, bir sözlə, imkanlı şəxslər də Türkiyənin Bakıdakı ilk görüşünü stadionda canlı izləmək istəyir. Onlar üçün ən münasib yer isə skay-bokslardır. Xüsusi otaqlara bilet isə fantastik qiymətə satılır.

Offsideplus.az özəl olaraq xəbər verir ki, 9 nəfərlik skay-boksun qiyməti 27, 10 nəfərlik "kabina"nın dəyəri 30 min manatdır. Yəni adambaşına 3 min manat.

Oyuna skay-boksdan baxmaq istəyən tək-tək insanlar isə bunun üçün 3500 manatından keçməlidir. 

 Qeyd edək ki, bu məbləğə stadion ərazisində parkinq və ketrinq (qidalanma) xidməti, həmçinin top və futbolka kimi hədiyyələr daxildir.