AVRO-2020-nin B qrupu üzrə Bakıda keçiriləcək Türkiyə - Uels matçın hakimi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunu Artur Diaş idarə edəcək. Ona Rui Taveres və Paulu Soareş yardım edəcək. 4-cü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə portuqaliyalı Joau Pineyro olacaq.

Qeyd edək ki, iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlayacaq.