Danimarka yığmasının həkimi Morten Boesen yığmanın ötən gün Avro-2020-nin final mərhələsinin 1-ci turunda Finlandiya ilə matçda (0:1) huşunu itirən Kristian Eriksenə müdaxiləsi ilə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, həkim həmin anlarla bağlı bunları deyib:

"Kristian yerə yıxılanda bizi meydançaya çağırdılar. Biz onun yanına gedəndə nəfəs alırdı. Nəbzini hiss edirdik, amma çox pisləşirdi. Onu ürək masajı ilə geri qaytardıq. Xoşbəxtlikdən Eriksen həyatını davam etdirdi. Mən xəstəxanaya getməzdən əvvəl onunla danışdım".

Qeyd edək ki, Danimarka Futbol Federasiyasından yayılan açıqlamada Eriksenin hazırkı vəziyyətinin yaxşı olduğu bildirilib.(qol.az)