Futbol üzrə Avropa çempionatının F qrupunda keçiriləvək Macarıstan - Portuqaliya matçının hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq. Türkiyəli referiyə Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şkarer yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 15-i baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.