AVRO-2020 üzrə Belçika - Rusiya matçında (3:0) Timoti Kastan sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, rəqib futbolçu Daler Kuzyayev ilə toqquşaraq ağır zədə alan 26 yaşlı oyunçu meydanı tərk etmək məcburiyyətində qalıb. 

Belçikanın 3:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra millinin baş məşqçisi Roberto Martines mətbuat konfransında açıqlama verib. O, Kastan üçün AÇ-2020-nin başa çatdığını bildirib.