Təxirə salınan Avro-2020-nin qrup mərhələsinin Danimarka - Finlandiya matçı Bakı vaxtı ilə saat 22:30-da yenidən oynanılacaq.
Offsideplus.az xəbər verir ki, görüş ilk hissəsinin son 4 dəqiqəsi oynanılacaq. Daha sonra 5 dəqiqəlik fasilə olacaq və ardınca 2-ci hissə oynanılacaq.
Qeyd edək ki, görüş Danimarka millisinin futbolçusu Kristian Eriksenin huşunu itirməsi səbəbindən təxirə salınmışdı.