Danimarka Futbol Federasiyası və UEFA Danimarka millisinin futbolçusu Kristian Eriksenin son durumu barədə məlumat yayıb.
Offsideplus.az xəbər verir ki, sözügedən ölkənin ali futbol qurumundan bildirilib ki, 29 yaşlı futbolçu xəstəxanaya çatdırılıb və onun şüuru yerindədir. UEFA da Eriksenin durumunun sabitləşdiyini açıqlayıb.
Qeyd edək ki, Kristian Avro-2020-nin qrup mərhələsinin 1-ci turunda Finlandiya ilə matçın 45-ci dəqiqəsində huşunu itirib. Bu səbəbdən görüş təxirə salınıb. Qarşılaşmada hesab açılmayıb - 0:0.